DİN Bakıda baş verən partlayışla bağlı məlumat yayıb

DİN Bakıda baş verən partlayışla bağlı məlumat yayıb
# 24 dekabr 2013 10:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən partlayışla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də saat 16 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Səməd Fərzəliyevə məxsus tikintisi başa çatmamış evdə məişətdə istifadə edilən qaz balonu partlayıb. Nəticədə evin pəncərə şüşələri sınıb, xəsarət alan orada təmir işləri aparan Kürdəmir rayon sakinləri Malik Şirinov, Nurlan Şirinov və Culfa rayon sakini Kamran Əhmədov xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR