Ombudsmanın nümayəndələri intizam xarakterli hərbi hissəyə başçəkmə həyata keçiriblər

 Ombudsmanın nümayəndələri intizam xarakterli hərbi hissəyə başçəkmə həyata keçiriblər
# 21 noyabr 2013 06:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Salyan rayonu ərazisində yerləşən, Müdafiə Nazirliyinin tabeliyində olan İntizam xarakterli hərbi hissəyə planlı uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı məhkum hərbi qulluqçuların həbsdə saxlanılma rejimi, onların yaşayış şəraiti, asudə vaxtının təşkili, sağlamlıqlarının qorunması, qidalanma vəziyyəti və digər hallar əlaqəli şəkildə araşdırılıb.

Araşdırma zamanı məhkumlara münasibətin, saxlanma rejiminə uyğun məhkum yataqxanalarında təbii işıqlanmanın və təmizliyin normal olduğu, məhkumların istifadəsindəki çarpayı və yataq dəstlərinin, hamam və tualetin təmiz və səliqəli olmaqla məhkumların sayına uyğunluğu müəyyən edilib. Həmçinin məhkumların asudə vaxtlarını keçirmək üçün müvafiq şərait yaradılıb.

Başçəkmə zamanı rəftar və şəraitlə əlaqədar şikayət daxil olmayıb.

Ombudsman tərəfindən başçəkmənin nəticələri ilə bağlı Müdafiə nazirinə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR