Tiflisdə “Gürcüstanda insan hüquqları-gələcək planlar” adlı konfrans keçirilib - FOTO

Tiflisdə “Gürcüstanda insan hüquqları-gələcək planlar” adlı konfrans keçirilib - <span style="color: red;">FOTO
# 04 dekabr 2013 11:07 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Gürcüstanda insan hüquqları-gələcək planlar” adlı konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, parlamentin sədri David Usubaşvili, BMT-nin insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nels Skott, Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq insan hüquqlarının müdafiəsi üzrə hesabatla çıxış edərək insanın hüquq və azadlığının təmin edilməsi haqqında strategiya planı qəbul edilməsi barədə fikirlərini bildiriblər.

Baş nazir İrakli Qaribaşvili çıxışında hakimiyyətin xalq qarşısında məsuliyyətli olduğunu bildirib. O, seçkilərdən sonra ölkədə gedən islahatlar barədə məlumat verərək, qeyd edib ki, son bir ildə səhiyyə, sosial müdafiə və maarif sahələrində islahatlar başlayıb.

T. Hammerberq çıxışında ölkədə seçkilərdən sonra siyasi azadlığın olduğunu qeyd edib, məhkəmələrin siyasətdən ayrı olmasının vacibliyini vurğulayıb. O, bu sahədə Gürcüstanda irəliləyiş gördüyünü bildirib.

Sonra konfransda “İnsan hüquqlarının müdafiəsi və azadlığı barədə strategiya haqqında dövlət planı” layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimatında Tomas Hammerberq iştirak edib.

Tədbirdə Gürcüstan hökumətinin üzvləri, parlamentin deputatları, insan haqları üzrə QHT rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR