Bakının Babək prospektində yeni yeraltı piyada keçidi tikilir

Bakının Babək prospektində yeni yeraltı piyada keçidi tikilir
# 15 yanvar 2014 12:26 (UTC +04:00)

Uzun müddət ərazidə geoloji-kəşfiyyat işləri aparılıb. Bu işlərin nəticəsində yeraltı piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları köçürülüb. Bunu «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, birinci mərhələdə keçidin 22 metr hissəsində keçidin örtük hissəsi və istinad divarı tikilib: «İkinci mərhələdə isə 24 metr ərazidə istinad divarında armatur işləri görülür. Hava şəraitindən asılı olaraq bu ayın sonuna qədər tikinti işlərinin 50%-nin yerinə yetirilməsi nəzərdə tutulub».

«Azəryolservis» rəsmisi piyada keçidinin artıq bu il istifadəyə veriləcəyini əlavə edib.

Qeyd edək ki, yeraltı piyada keçidinin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,23 metr olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR