Keniyanın paytaxtında ticarət mərkəzinə silahlı hücum zamanı ölənlərin sayı 39-a çatıb, 150-dək insan isə yaralanıb

Keniyanın paytaxtında  ticarət mərkəzinə silahlı hücum zamanı ölənlərin sayı 39-a çatıb, 150-dək insan isə yaralanıb
# 22 sentyabr 2013 00:45 (UTC +04:00)

Bakı – APA. Bu gün Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən iri ticarət mərkəzlərinin birində baş verən atışma zamanı həlak olanların sayı 39-a çatıb, 150-dək insan isə yaralanıb.

APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürülüb, binada olan bütün müsəlmanlar sərbəst buraxılıb. Hücum edən şəxslər avtomat silahdan və əl qumbaralarından istifadə edib.

Keniya prezidenti Uxura Keniatta paytaxt Nayrobidəki ticarət mərkəzinə silahlı hücum nəticəsində ölənlərin arasında yaxın qohumlarının olduğunu bəyan edib.

Qeyd edək ki, Somalinin “Əş-Şəbab” islamçı qruplaşması Nayrobidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata görə, polis hadisəni törədən şəxslərdən birini öldürməyə, qalanlarını isə mərtəbələrin birində mühasirəyə almağa müvəffəq olub. Terrorçuların polislə danışıqlar aparmaq niyyətində olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR