Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək
# 21 may 2014 07:18 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 29-da saat 11:00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsində Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Əlaqə telefonları: 050-386-18-14, 012-493-51-64, 050-352-06-27

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR