Yaxın 17 ildə Bakıda 73 metro stansiyası açılacaq

Yaxın 17 ildə Bakıda 73 metro stansiyası açılacaq
# 08 noyabr 2013 08:57 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

T.Əhmədovun sözlərinə görə, gələn il bu xətdə «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarının istismara verilməsi planlaşdırılır və onların davamı olaraq Papanin küçəsində daha bir stansiyanın (şərti olaraq «B3» adlı) inşasına başlanılıb.


«B3»ün davamı olaraq Heydər Əliyev adına İdman-Sərgi Kompleksinin yanında («B4»), daha sonra Heydər Əliyev Sarayının arxasında, habelə «Həzi Aslanov-2» və onun davamı olaraq Köhnə Günəşli və Yeni Günəşli qəsəbələri istiqamətində işlər gedir», - deyə müəssisə rəhbəri qeyd edib.


«Gələn il iki stansiyanı istismara verəcəyik. Hazırda tunel qazan maşınlardan istifadə olunur və onların məhsuldarlığı çox yüksəkdir. Ümumiyyətlə, 2030-cu ilədək Bakı Metropolitenində 73 stansiya və 119 km tunelin istifadəyə verilməsi nəzərdə tutulub», - deyə T.Əhmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR