Azərbaycanda bu il sahibkarlara 1,2 mlrd. manat güzəştli kredit verilib

 Azərbaycanda bu il sahibkarlara 1,2 mlrd. manat güzəştli kredit verilib
# 02 oktyabr 2013 12:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) geri qaytarılan güzəştli kreditlər hesabına sahibkarlara verilən kreditlərin həcmini ilbəil artır. Bu günə qədər Fond 19 450 sahibkara ümumilikdə 1,2 mlrd. manatdan artıq güzəştli kredit verib. Bunun 680 mln. manatı dövlət büdcəsindən ayrılan vəsaitlər, qalanı isə geri qaytarılan vəsaitlər hesabına verilib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, Fondun proqnozlarına əsasən, bu il geri qaytarılan vəsaitlər hesabına verilən kreditlərin həcmi gözləniləndən də artıq ola bilər: «İlin sonuna qədər sahibkarların müraciətləri əsasında kreditlərin verilməsi davam edəcək. Ən əsası isə, 2013-cü ilin sonuna qədər verilən kreditlər dövlət büdcəsindən birbaşa ayrılan vəsaitlər deyil, sahibkarlar tərəfindən qaytarılan vəsaitlər hesabına maliyyələşdiriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR