Rusiya növbəti dəfə Suriyadakı aviazərbələrlə bağlı qətnamənin qəbuluna imkan verməyib

Rusiya növbəti dəfə Suriyadakı aviazərbələrlə bağlı qətnamənin qəbuluna imkan verməyib
# 09 yanvar 2014 07:29 (UTC +04:00)

Bakı – APA. BMT Təhlükəsizlik Şurasının üzvləri ay ərzində ikinci dəfə Suriya Hərbi-Hava Qüvvələrinin Hələb şəhərinə aviazərbələr endirməsini pisləyən qətnamə layihəsi ilə bağlı razılığa gələ bilməyib.

APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb.

Böyük Britaniyanın təklif etdiyi qətnamə layihəsində dekabrın 15-də Hələbdə 700 nəfərin ölümünə səbəb olan aviazərbələri pislənilirdi.

“Röyters” agentliyinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya nümayəndə heyəti bu sənədin qəbuluna veto qoyub. Əvəzində qətnamə layihəsinə Hələbdə baş verənlərin xatırlanmaması üçün müvafiq düzəlişlər etməyi təklif edib. Nəticədə Böyük Britaniya bu qətnaməni BMT TŞ-nin müzakirəsindən çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR