Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb
# 18 sentyabr 2013 12:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 29,0 mln. ton neft nəql edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan ixrac kəməri ilə həyata keçirilib və bu ilin 8 ayında bu kəmər vasitəsilə 22,1 mln. ton neft ötürülüb.

Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,1 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə 13,1 mlrd. kubmetr qaz nəql edilib. Bu, 2012-ci ilin 8 ayı ərzində nəql edilən qazın həcmindən 3,14% çoxdur.

Nəql edilmiş qazın 21,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2,9 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR