Azərbaycan AB-nin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt Komitəsinin iclasında iştirak edib

Azərbaycan AB-nin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt Komitəsinin iclasında iştirak edib
# 11 fevral 2014 13:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan-Avropa Birliyi (AB) Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt Komitəsinin IX iclası və AB ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumun icrası üzrə keçirilən IV iclasda iştirak etmək üçün Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Brüsseldə (Belçika) səfərdədir.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan-AB Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt Komitəsinin IX iclasında bır sıra məsələlərlə yanaşı Enerji məsələləri üzrə Anlaşma Memorandumunun icrası, o cümlədən enerji islahatları ilə bağlı sektora yardım proqramı müzakirə edilib.

AB və Azərbaycan arasında imzalanmış Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrası üzrə keçirilən iclasda isə enerji sahəsində prioritetlər, qanunvericiliklə bağlı əsas dəyişikliklər, bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadənin inkişafı üçün hüquqi baza, Azərbaycanın üçüncü ölkələrlə enerji münasibətlərinin vəziyyəti, 2030-cu ilədək AB-nin enerji tendensiyaları, Azərbaycanın neft-qaz hasilatının proqnozları, Cənub Qaz Dəhlizi, Trans-Xəzər Boru Kəməri, balkan ölkələrinin bağlantı planları və layihələr, Azərbaycanda neft infrastruktur layihələrinin vəziyyəti və digər məsələlər müzakirə olunub. Azərbaycanın energetika nazirinin müavini N.Abbasov keçirilən müzakirələrdə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR