Azərbaycanın xalq artisti Habil Əliyevin səhhətində problem yaranıb - VİDEO

Azərbaycanın xalq artisti Habil Əliyevin səhhətində problem yaranıb - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 04:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyev xəstəxanaya düşüb. APA TV-nin məlumatına görə, 5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhəti ilə bu tibb ocağına yerləşdirilib.
Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.

Xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb.

Qeyd edək ki, bir neçə gün öncə Habil Əliyevin 87 yaşı tamam olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR