Suriya hökuməti Cenevrəyə 7 maddəlik təkliflər paketi ilə gedib

Suriya hökuməti Cenevrəyə 7 maddəlik təkliflər paketi ilə gedib
# 21 yanvar 2014 16:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Suriya hökuməti Cenevrə konfransına 7 maddəlik təkliflər paketi ilə gedib.

APA-nın İranın ərəb dilində yayımlanan “əl-Aləm” telekanalına istinadən məlumatına görə, artıq rəsmi Dəməşq həmin layihənin üç maddəsini açıqlayıb. Bunlar Hələb şəhərində atəşkəsin elan edilməməsi, Suriya prezidentinin səlahiyyətləri və gələcəyi barəsində istənilən hər hansı bir sözün qəbul olunmaması və müzakirələrin növbəti turunu Suriyanın daxilinə köçürmək üçün səy göstərilməsi təklifləridir.

Qeyd edək ki, Suriya böhranının həlli məqsədilə yanvarın 23-də İsveçrənin Montro şəhərində beynəlxalq konfrans öz işinə başlayacaq. Tədbir daha sonra Cenevrə şəhərində öz işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR