Prokurorluq və Polis İdarəsi saxlanılan şəxsin polis bölməsində özünü bıçaqlaması faktı ilə bağlı birgə məlumat yayıb

Prokurorluq və Polis İdarəsi saxlanılan şəxsin polis bölməsində özünü bıçaqlaması faktı ilə bağlı birgə məlumat yayıb
# 23 yanvar 2014 12:39 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğöundan APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulovun tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxlayaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirməsi barədə məlumat verib.

Bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə «Ləziz» kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib.

Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib.

A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.

Hazırda faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR