Bakıda Azərbaycan-İsrail İKT forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-İsrail İKT forumu keçirilib - <span style="color: red;">FOTO
# 04 dekabr 2013 12:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda «BakuTel-2013» beynəlxalq İKT sərgisi çərçivəsində Azərbaycan-İsrail biznes forumu keçirilib.


«APA-Economics»in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, eləcə də İsrailin və Azərbaycanın aparıcı texnoloji şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan şirkətləri İKT sahəsində olan layihələr haqqında, bu sahələrə investisiya yatırmaq imkanlarından danışıblar.


Forum çərçivəsində İsrail şirkətlərinin kibertəhlükəsizlik, internet trafikinin optimallaşdırılması və təhlili, nəqliyyat hadisələrinin qarşısının alınması sistemləri, uzaq yaşayış məntəqələrinə sürətli internetin ötürülməsi, o cümlədən tibbi smartfonlar sahəsində hazırladıqları proqramlar təqdim olunub.

Qeyd edək ki, görüş «B2B» formatında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR