TQDK “Musiqi müəllimliyi” ixtisası üzrə sənəd vermək istəyən abituriyentlərə müraciət edib

TQDK “Musiqi müəllimliyi” ixtisası üzrə sənəd vermək istəyən abituriyentlərə müraciət edib
# 03 aprel 2014 10:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Musiqi müəllimliyi” ixtisası üzrə sənəd vermək istəyən abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin "Musiqi müəllimliyi" ixtisasına fortepiano, tar, kamança, qarmon, saz alətləri üzrə musiqi təhsili almış və bu haqda müvafiq sənədi (diplom və ya şəhadətnamə) olan abituriyentlər sənəd verə bilərlər.

Bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi təhsili aldığı alətdə müvafiq proqram ifa etməlidirlər. Alətlərə uyğun olaraq ifa ediləcək proqram komisisyanın internet saytında (http://tqdk.gov.az/news/special-exam/411/) yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR