Azərbaycanda 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb

 Azərbaycanda 4  nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 26 avqust 2013 11:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 4 nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Tovuz rayonu Düz-Cirdaxan kənd sakini, azyaşlı Ayxan Dəmirov evindən yanıq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Avqustun 20-də Suraxanı rayonunda yaşayan Tahir Daşdəmirov yaşadığı evindən alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və avqustun 24-də orada ölüb.

Avqustun 24-də Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Məhəbbət Ağakişiyev həyətində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Avqustun 24-də Sabuncu rayonu Albalılıq bağlar sahəsində Bakı şəhər sakini Vasif Məmmədova məxsus bağ evində orada təmir işləri aparan Maştağa qəsəbə sakini Sonbala Qədirov evin 2-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR