Virtual Qarabağ Tarixi Muzeyi yaradılır - FOTO

Virtual Qarabağ Tarixi Muzeyi yaradılır - <span style="color: red;">FOTO
# 26 oktyabr 2013 16:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib gəlmiş layihələrdən biri də Virtual Qarabağ Tarixi Muzeyinin yaradılması layihəsidir. APA-nın xəbərinə görə, layihənin rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynov bildirib ki, artıq 2013-cü ilin oktyabr ayından virtual muzeyin yaradılması işinə başlanıb.

S. Hüseynov deyib ki, virtual muzeylər son dövrdə bütün dünyada yüksək templə inkişaf etməkdədir. Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən bu layihə Qarabağın tarixini, mədəniyyətini, etnoqrafiyasını və arxeologiyasını əks etdirən eksponatların virtual sərgilənməsini təşkil edəcək. Qarabağın tarixini özündə əks etdirən eksponatlar dünyanın müxtəlif muzeylərində bu gün də sərgilənməkdədir. Virtual Qarabağ Tarixi Muzeyinin əsas məqsədi həmin bu maddi mədəniyyət abidələrini bir internet resursunda toplayaraq gənclərin diqqətinə çatdırmaqdan ibarət olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR