YAP-da ümumrespublika müşavirəsi keçirilib

YAP-da ümumrespublika müşavirəsi keçirilib
# 12 avqust 2013 14:42 (UTC +04:00)

Bakı – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

APA-nın YAP-ın saytına istinadən xəbərinə görə, müşavirədə prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyinin MSK-da qeydə alınması üçün imza toplanması ilə əlaqədar məsələlər müzakirə edilib.

Toplantıda çıxış edən YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov imzatoplama mərhələsinin gedişi və sonrakı mərhələdə görüləcək işlər, eləcə də seçki kampaniyası dövründə qarşıda duran digər məsələlərlə əlaqədar rayon və şəhər təşkilat sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı müşavirədə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR