Azərbaycanda dost eyni evdə yaşadığı dostunu qətlə yetirib

Azərbaycanda dost eyni evdə yaşadığı dostunu qətlə yetirib
# 07 sentyabr 2013 07:25 (UTC +04:00)

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun NZS qəsəbəsində Mingəçevir küçəsi, 20 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Rəşid oğlu Hacıyev eyni evdə yaşadığı dostu, Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Aqil Tofiq oğlu Məhərrəmovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən R. Hacıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR