Aydın Əliyev: “Dövlət Gömrük Komitəsi büdcə tapşırıqlarını artıqlaması ilə yerinə yetirəcək”

Aydın Əliyev: “Dövlət Gömrük Komitəsi büdcə tapşırıqlarını artıqlaması ilə yerinə yetirəcək”
# 24 sentyabr 2013 09:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilin sonuna kimi büdcə tapşırıqlarını artıqlaması ilə yerinə yetirəcək.


APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.


A.Əliyev qeyd edib ki, bu il üçün DGK-nın qarşısında büdcə tapşırıqları 1,380 mlrd. manatdır. Bu ilin ötən dövrü ərzində büdcəyə 885,550 mln. manatlıq proqnoza qarşı 887,880 mln. manatdan artıq vəsait köçürülüb.


A.Əliyev hesab edib ki, payız və qış aylarında idxalın çox olmasını nəzərə alaraq ilin sonunadək büdcə daxilolmaları proqnozdan artıq yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR