Balakən rayonunda bir müddət əvvəl intihara cəhd edən qadın 3 yaşlı qızı ilə birlikdə itkin düşüb - VİDEO

Balakən rayonunda bir müddət əvvəl intihara cəhd edən qadın 3 yaşlı qızı ilə birlikdə itkin düşüb - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2013 15:10 (UTC +04:00)

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna itkin düşən qadının anası, Balakən rayonunun Qazbinə kənd sakini Əminət Ələkbərova məlumat verib.

Ə. Ələkbərovanın sözlərinə görə, qızı, 1986-cı il təvəllüdlü Fatma Abdullayeva və nəvəsi 2010-cu il təvəllüdlü Aytac Abdullayeva sentyabr ayının 20-də evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Anası bildirib ki, həmin gün qızı və nəvəsi evdə tək olub. Axşam saat 18.00 radələrində evə qayıdan ailə üzvləri Fatmanı və Aytacı evdə tapmayıblar.

Evdən çıxarkən Fatmanın əynində qırmızı rəngli xalat, ayağında qara rəngli ayaqqabı, qızının əynində isə çəhrayı rəngli şalvar, köynək olub. Ailə üzvlərinin sözlərinə görə, Fatma evdən çıxarkən pul və əlavə paltar götürməyib. Yalnız özünün və övladının sənədlərini götürən ana və uşağı həmin tarixdən etibarən heç kəs görməyib. Ailə üzvləri 3 gün sonra rayon Polis Şöbəsinə müraciət edib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində axtarış tədbirləri keçirilir. Şöbənin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Anar Mehdiyev faktı təsdiq edib. Təhqiqatçının sözlərinə görə, Fatma Abdullayeva itkin düşməzdən bir gün öncə, sentyabrın 19-da intihara cəhd edib. Bunun üçün dərman preparatı qəbul edən Fatma Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vəziyyəti yüngül olduğu üçün elə həmin gecə lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Bir neçə gün sonra isə onun itkin düşməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Fatma Abdullayeva həyat yoldaşı ilə aralarında yaşanan anlaşılmazlıqlara görə, valideynləri ilə birgə yaşayıb. Onun həyat yoldaşının hazırda Rusiyanın Mahaçqala şəhərində yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR