Ölkənin müxtəlif yerlərində 5 nəfər bıçaqlanıb

Ölkənin müxtəlif yerlərində 5 nəfər bıçaqlanıb
# 23 noyabr 2013 09:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanın müxtəlif yerlərində biri qadın olmaqla, 5 nəfər bıçaqlanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Şəmkirdə Sakit Məmmədov qısqanclıq zəminində 27 yaşlı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirib. S. Məmmədov tutulub.

Qaradağ rayonunda Zaur Əliyev Sahil qəsəbə sakini Ramil Məmmədov tərəfindən bıçaqlanıb. Hadisəni törədən R. Məmmədov saxlanılıb.

Xaçmazda 24 yaşlı Ayaz Əliyarov münaqişə zəminində həmyerlisi, 22 yaşlı Elnur Ağabalayevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi rayonun Biləcəri qəsəbəsində 31 yaşlı Ədalət Hətəmov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi rayonunda Bərdə rayon sakini, 47 yaşlı Rövşən Ağayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR