Şamaxıda ərzaq mağazası yanıb

Şamaxıda ərzaq mağazası yanıb
# 15 iyun 2014 02:51 (UTC +04:00)

Bakı-APA. Şamaxıda bu gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə, mağazanın anbar otağında 6 kv.m sahədə ərzaq malları və anbarın tavanı 3 kv.m sahədə yanıb. Anbarın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR