Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb

Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb
# 03 avqust 2013 08:35 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3% bahalaşma, yol tikintisində 0,3%, körpü tikintisində isə 0,4% ucuzlaşma müşahidə edilib.

Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2% bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,5% ucuzlaşıb.

Rüb ərzində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,2% bahalaşıb, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə isə 0,5% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR