Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası keçiriləcək

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası keçiriləcək
# 10 sentyabr 2013 14:28 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Sentyabrın 11-12-də Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun nazir müavinləri səviyyəsində 33-cü görüşü keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib. O bildirib ki, toplantıda Xəzərin statusuna dair Konvensiya layihəsi müzakirə olunacaq.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə, Türkmənistanı isə prezident yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR