Azərbaycanın Xorvatiyadakı səfirliyi 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirib - FOTO

Azərbaycanın Xorvatiyadakı səfirliyi 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirib - <span style="color: red;">FOTO
# 30 may 2014 18:02 (UTC +04:00)

Azərbaycanın Xorvatiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, təqribən 200 qonağın qatıldığı tədbirdə Xorvatiyanın hökumət, dövlət nümayəndələri, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev açılış nitqi ilə çıxış edib. Səfir tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, respublikada bütün sahələrdə həyata keçirilmiş islahatlar və quruculuq işlərindən, ölkənin xarici siyasət prioritetləri və iqtisadi göstəriciləri, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji layihələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən söz açıb.

Tədbir çərçivəsində qonaqlara səfirlik tərəfindən xorvat dilinə tərcümə olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar, ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən bukletlər, "IRS-Heritage" jurnalları hədiyyə edilib, müasir Azərbaycanın görüntülərindən ibarət videoçarx nümayiş etdirilib. Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR