Tovuzda zəncirvarı qəza baş verib

Tovuzda zəncirvarı qəza baş verib
# 11 oktyabr 2013 10:28 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda biri avtobus olmaqla 3 avtomobilin iştirakı ilə yol qəzası olub. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonundan keçən hissəsində baş verib.

Məlumata görə, Qazax rayonu istiqamətində hərəkətdə olan Tovuz rayon sakini, 17 yaşlı Murad Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil, Gürcüstan respublikasının vətəndaşı, 47 yaşlı Mehrab Yusubovun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu və polis əməkdaşı Vahid Bayramovun idarə etdiyi “Fiat” markalı maşın toqquşub. Qəza zamanı “VAZ 2107”-nin sürücüsü M. Quliyev xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tovuz rayon Polis Şöbəsində qəzanın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR