Nərəkimilərin akvakultura şəraitində çoxaldılması üçün təcrübə-istehsalat təsərrüfatı yaradılması təklif olunub

Nərəkimilərin akvakultura şəraitində çoxaldılması üçün təcrübə-istehsalat təsərrüfatı yaradılması təklif olunub
# 06 noyabr 2013 13:01 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA-nın Zoologiya İnstitutu Azərbaycanda ilk dəfə olaraq nərəkimilərin akvakultura şəraitində çoxaldılması üçün Zoologiya İnstitutunun Mingəçevir laboratoriyasının bazasında təcrübə-istehsalat təsərrüfatı yaratmağı təklif edib. APA-nın xəbərinə görə, bunu institutun direktoru İlham Ələkbərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu üsul Azərbaycanda heç vaxt tətbiq olunmayıb və ilk layihədir: “Əgər layihə bəyənilsə, onun digər regionlarda da tətbiqi planlaşdırılır”.

İ. Ələkbərov onu da əlavə edib ki, layihə çərçivəsində Xəzərdə və Kür çayında nərəkimilər süni yolla artırıla bilər: “Digər Xəzəryanı ölkələrdə belə təsərrüfatlar var. Elə Rusiyada 21 belə təsərrüfat var. Orada 2000 tona qədər balıq yetişdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR