Ketrin Eşton: “İranın nüvə məsələsi diplomatik yolla həll edilməlidir”

Ketrin Eşton: “İranın nüvə məsələsi diplomatik yolla həll edilməlidir”
# 19 oktyabr 2013 10:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla İsveçrənin xarici işlər naziri Didier Burkhalter arasında görüş keçirilib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə oktyabrın 15-16-da İranla “altılıq” ölkələri arasında Cenevrə şəhərində keçirilmiş nüvə müzakirələri əsas müzakirə mövzusu olub.

K. Eşton bildirib ki, İranın nüvə məsələsi diplomatik yolla həll edilməlidir: “İranın nüvə məsələsinin ən yaxşı həll yolu gəlinən nöqtə etibarilə diplomatiyadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR