«Cırtdan» Bakı Beynəlxalq Kukla Teatrları Festivalı başa çatıb

«Cırtdan» Bakı Beynəlxalq Kukla Teatrları Festivalı başa çatıb
# 16 noyabr 2013 16:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyi və UNIMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən «Cırtdan» II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı başa çatıb.

Azərbaycan Dövlət Kukla Teatrından APA-ya verilən məlumata görə, teatrın səhnəsində oynanılan «Karlson» tamaşası festivalın son səhnə əsəri olub. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Naidə İsmayılzadə, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, münsiflər heyətinin üzvləri Aydın Talıblı və Şaiq Səfərov çıxış edərək Azərbaycanın mədəni həyatında festivalın əhəmiyyətindən danışıblar.

Festivalda fəal çıxışlarına görə xarici teatr təmsilçilərinə, aktyorlara fəxri diplomlar təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Gürcüstan sənətçilərinin hazırladığı «Karlson» tamaşası Astrid Lindqrenin eyniadlı povesti əsasında səhnələşdirilib. Tamaşanın rejissoru Elene Matsxonaşvili, rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxonaşvilidir. Tamaşada Rəhim Rəhimov, Elnur Abbasquluyev, Səriyyə Mansurova və başqaları rol alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR