Volqoqradda partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

Volqoqradda partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 30 dekabr 2013 03:48 (UTC +04:00)

Bakı-APA. Volqoqradda dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. APA-nın məlumatına görə, bunu “İnterfaks”a Rusiyanın Cənub Federal dairəsinin tibbi strukturlarından bildiriblər. Belə ki, gecə saatlarında xəstəxanada yaralı Andrey Zadorin vəfat edib.

*** 23.54

Bakı-APA. Volqoqradda dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Bundan öncə ölənlərin sayının 14 olduğu bildirilirdi.

Hazırda xəstəxanalara 38 nəfər yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR