İranda təyyarə qəzası baş verib, xəsarət alanlar var - FOTO

İranda təyyarə qəzası baş verib, xəsarət alanlar var  - <span style="color: red;">FOTO
# 10 may 2014 14:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda təyyarə qəzası baş verib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında İranın Sistan və Bəluçistan vilayətində baş verib. Belə ki, Məşhəd-Zahidan aviareysini həyata keçirən “Asiman” hava yolları şirkətinə məxsus sərnişin təyyarəsində texniki nasazlıq yaranıb. Məlumata görə, yerli vaxtla saat 12:00-da Zahidan beynəlxalq hava limanına enməli olan, içərisində 113 sərnişin və 5 ekipaj üzvü olan təyyarənin təkərləri açılmayıb. Nəticədə pilotlar təyyarəni 45 dəqiqə ərzində şəhər üzərində dövrə vurduraraq yanacağını tamamilə boşaldıblar. Pilotların ustalığı və görülən tədbirlər nəticəsində təyyarəni yerə endirmək mümkün olub. Ancaq təyyarənin bir qanadı yerə çırpıldığından partlayış ehtimalı nəzərə alınaraq sərnişinlər dərhal evakuasiya olunub. Bu səbəbdən onlardan bəziləri xəsarət alıb. Eyni zamanda təyyarənin bir hissəsi də zərər görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR