Bakı məktəblərində əcnəbi qaçqın və sığınacaq axtaran 40-dan çox uşağa dərslər keçirilir

Bakı məktəblərində əcnəbi qaçqın və sığınacaq axtaran 40-dan çox uşağa dərslər keçirilir
# 02 aprel 2014 11:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hər il olduğu kimi, 2013-2014-cü tədris ili müddətində də Bakı şəhəri üzrə təhsil müəssisələrində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün təmənnasız olaraq müntəzəm şəkildə əlavə dərslər keçirilir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013-cü ilin iyun, avqust, sentyabr aylarında Əfqanıstan, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən Azərbaycana gəlmiş və BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində təşkil olunmuş azərbaycandili kurslarını bitirmiş 9-11 yaşları olan uşaqların müəyyən hissəsi BŞTİ və məktəb müəllimlərinin məsləhəti ilə yerli məktəblərin I siniflərinə qəbul edilib. Bununla bərabər 2013-cü ilin oktyabrından 2014-cü ilin fevralına qədər əsasən Əfqanıstan, Pakistan və Suriyadan yeni gəlmiş 9-14 yaşlı uşaq və yeniyetmələr üçün yaşlarına və təhsil səviyyələrinə uyğun siniflər müəyyənləşdirilib.

Bu tədris ilində Bakı şəhərindəki bir sıra məktəblərdə təhsil alan 40 nəfərdən çox qaçqın və sığınacaq axtaran uşağa məktəb müdiriyyəti və müəllimləri tərəfindən fərdi və kiçik qrup şəklində mütəmadi olaraq həftədə iki dəfə əlavə dərslər keçirilib. Onlara Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və rus dili fənləri üzrə dəyirmi masa və qrup məşğələləri təşkil olunub, uşaqlar uzadılmış dərslərə aktiv olaraq cəlb edilib və xüsusi mövzular dərsdən kənar təhlil olunub. Bu məktəblər sırasında Binəqədi rayonu 301, Yasamal rayonu 18, 158, 286 saylı, Xətai rayonu 95 saylı, Nizami rayonu 61, 201 saylı, BMLK, Xəzər rayonu 26, 216 saylı və digər məktəbləri qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR