Liftdə qalmış Bakı sakini xilas edilib

Liftdə qalmış Bakı sakini xilas edilib
# 22 oktyabr 2013 04:06 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış, vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR