AB-də sədrlik edən Litvanın XİN rəhbəri: Ermənistan AB ilə razılaşma bağlamaq şansını itirib

AB-də sədrlik edən Litvanın XİN rəhbəri: Ermənistan AB ilə razılaşma bağlamaq şansını itirib
# 04 sentyabr 2013 02:31 (UTC +04:00)

APA-nın “Novosti Armeniya” saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa Birliyində sədrlik edən Litvanın XİN rəhbəri Linas Linkebiçus bəyan edib.

Onun sözlərinə görə, AB Ermənistan prezidenti Serj Sarkisyanın bəyan etdiyi seçiminə hörmətlə yanaşır, lakin qeyd olunan iki sistem bir –birinə ziddir.

“Biz istənilən dövlətin seçiminə hörmətlə yanaşırıq, lakin onlar müxtəlif tələblərə görə hər iki quruma eyni vaxtda daxil ola bilməzlər”, deyə Linas Linkebiçus qeyd edib.

Qeyd edək ki, sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib. Rusiya prezidenti bu qərarı dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR