GUAM-ın baş katibi səsvermənin gedişini müşahidə edib - VİDEO

GUAM-ın baş katibi səsvermənin gedişini müşahidə edib - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2013 12:26 (UTC +04:00)

Bakı – APA. GUAM-ın baş katibi Valeri Çeçelaşvili bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. APA-nın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, V. Çeçelaşvili bildirib ki, məntəqələrdə hökm sürən atmosfer çox müsbətdir: “Mən şadam ki, prezident seçkiləri azad şəraitdə keçir. Mənim prosesə hər hansı iradım yoxdur”.

GUAM-ın baş katibi səhər saatlarından başlayaraq məntəqələrdə insanların sıxlığının, uzun növbələrin müşahidə olunduğunu söyləyib. O, ötən seçkilərlə müqayisədə məntəqələrin texniki təchizatında irəliləyiş olduğunu vurğulayıb: “MSK lazımi nəticələr çıxarıb. Bu strukturun büdcəsi də artırılıb”.

Qeyd edək ki, V. Çeçelaşvili Sumqayıt şəhərində də səsverməni gedişini izləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR