Gələn həftədən Azərbaycanda 2014-cü il qəbul kampaniyasına start verilir

Gələn həftədən Azərbaycanda 2014-cü il qəbul kampaniyasına start verilir
# 08 fevral 2014 08:10 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ilkin olaraq fevralın 11-dən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu başlayacaq. Magistratura və rezidenturaya sənəd qəbulu 11-20 fevral tarixlərində aparılacaq.

Magistraturaya qəbul imtahanının birinci mərhələsi 2 mart, ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR