ARDNŞ Gürcüstandakı YDM-lərin sayını 110-a çatdırıb

ARDNŞ Gürcüstandakı YDM-lərin sayını 110-a çatdırıb
# 14 aprel 2014 10:14 (UTC +04:00)

Bakı. Nuriyev Pərviz – APA-Economics. Gürcüstanın Batumi şəhərində SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin kombinə olunmuş yeni məntəqəsinin açılışı olub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən sayca 110-cu YDM-i, 16-cı qazdoldurma stansiyasıdır. YDM ən müasir avadanlıqlarla təchiz olunub. Həmin qurğular yanacağın dəqiq, təhlükəsiz doldurulmasına imkan verir.

YDM-də fasiləsiz market və kafe fəaliyyət həmçinin təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su ilə təchizatı, salonun təmizlənməsi kimi xidmətlər də təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR