Masallı sakininin həyətindən külli miqdarda çətənə kolları aşkarlanıb - FOTO - VİDEO

Masallı sakininin həyətindən külli miqdarda çətənə kolları aşkarlanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 iyun 2014 07:22 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətyanı sahəsindən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqat bölməsinin rəisi Aslan Rzayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Masallının Ərkivan qəsəbə sakini, 51 yaşlı Lazım Şahrza oğlu Hüseynovun narkotik vasitələri qeyri-qanuni əkib-becərməsi ilə bağlı şöbəyə məlumat daxil olub.

L. Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ev sahibinin bostan və tərəvəz bitkiləri arasında dibçəklərdə və torpaqda qanunsuz olaraq əkib-becərdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 37 çətənə kolu aşkar edilib.
Həmin kollar polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

L. Hüseynov saxlanılaraq şöbəyə gətirilib. O, törətdiyi cinayət əməlini etiraf edib və çətənəni şəxsi istifadəsindən ötrü əkdiyini bildirib.

Hazırda faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR