Gələn il AMEA işçilərinin attestasiyası keçiriləcək

Gələn il AMEA işçilərinin attestasiyası keçiriləcək
# 25 dekabr 2013 15:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə qərar dekabrın 25-də Rəyasət Heyətinin iclasında qəbul edilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, məcəllədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70 yaşdır. Buna baxmayaraq, məcəllənin digər bəndlərinə edilmiş əlavələr dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, səhiyyə və təhsil müəssisələrində çalışmanın yaş həddinin 70-dən yuxarı uzadılmasına imkan verir: “Lakin 10 iyun 2011-ci il tarixdə Əmək Məcəlləsinin 4-cü maddəsinə 3-cü bənd əlavə edilib. Həmin bənddə göstərilir ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat və ali təhsil müəssisələrinə şamil edilmir. Əmək qanunvericiliyinə edilmiş bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir. Bu qanun norması AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış çoxsaylı elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır”.

AMEA Rəyasət Heyətinin qərarına görə, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, altmış yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaq. Həmçinin, akademiyada çalışan işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR