Zəlzələ Buşəhr AES-in fəaliyyətinə təsir göstərməyib

Zəlzələ Buşəhr AES-in fəaliyyətinə təsir göstərməyib
# 29 noyabr 2013 07:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Buşəhr Atom-Elektrik Stansiyası (AES) zəlzələdən təsirlənməyib.

APA-nın İSNA-ya istinadən məlumatına görə, İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib ki, Buşəhr AES tam gücü ilə fəaliyyətini davam etdirir: “Buşəhr AES təhlükəsizlik standartları baxımından dünyanın ən yaxşı stansiyalarından biridir. Ona görə də yüksək ballıq zəlzələlərə davamlıdır. Bu səbəbdən narahat olmağa dəyməz”.

Qeyd edək ki, ötən gün axşam saatlarında İranın Buşəhr vilayətində 5,7 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumata görə, 8 nəfər ölüb, yüzlərlə adam yaralanıb. Ölən, yaralanan və xəsarət alanlar arasında qadın və uşaqlar da var. Təbii fəlakət əsasən Borazcan, Dəştestan, Abpəxş və Səədabad şəhərlərinə ciddi ziyan vurub. Belə ki, bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib, kommunikasiya xətləri və digər infrastrukturlara ciddi ziyan dəyib. Yerli camaat küçə və meydanlarda gecələmək məcburiyyətində qalıblar. Çünki afterşoklar gecə boyunca davam edib. Hadisə ilə bağlı İran prezidenti Həsən Ruhani ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR