Azərbaycan biznesmenləri Hindistanda keçiriləcək geyim sərgisinə dəvət olunur

Azərbaycan biznesmenləri Hindistanda keçiriləcək geyim sərgisinə dəvət olunur
# 05 dekabr 2013 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ilin əvvəlində Hindistanda geyim məhsullarının beynəlxalq sərgisi keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 20-22-də Hindistan Tekstil Nazirliyinin dəstəyi və Geyim Məhsullarının İxracının Təşviqi Şurasının təşkilatçılığı ilə Nyu-Dehli şəhərində geyim məhsullarının sərgisi baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən iş adamları Hindistan Geyim Məhsullarının İxracının Təşviqi Şurasına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR