Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
# 02 iyul 2014 13:01 (UTC +04:00)

Bakı – APA. 2014/15 mövsümünün Avropa klub miqyaslı turnirlərində daha 2 oyun azərbaycanlı FİFA hakimlərinə tapşırılıb. Apasport.az saytının məlumatına görə, Əliyar Ağayev və Anar Salmanov II təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.​


Ağayev daha nüfuzlu Çempionlar Liqasının oyununda iş başında olacaq. Salmanov isə Avropa Liqasında fit çalacaq. Onların başçılıq edəcəyi hakimlər briqadasının tam tərkibi də artıq müəyyənləşib.

Çempionlar Liqası
II təsnifat mərhələsi. 23 iyul
"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim: Rauf Cabbarov

Avropa Liqası
II təsnifat mərhələsi. 24 iyul
"Vaduts" (Lixtenşteyn) / "Kollec” (Cəbəllütariq) – “Rux” (Polşa)
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev
Dördüncü hakim: Rəhim Həsənov

Qeyd edək ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu da həmyerlimiz, FIFA referisi Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR