PwC: ARDNF aktivlərini 5% artırıb

PwC: ARDNF aktivlərini 5% artırıb
# 04 iyun 2014 13:34 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 5,3% artaraq 28 mlrd. 307,456 mln. manata çatıb.

Bu barədə PricewaterhouseCoopers (PwC) beynəlxalq audit şirkətinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən il fondun cari aktivləri 4,1% artaraq 27 mlrd. 85,89 mln. manata çatdığı halda, uzunmüddətli aktivlər 39,3% artaraq 1 mlrd. 221,566 mln. manata bərabər olub. Qeyd edək ki, uzunmüddətli aktivlərin strukturunda birgə müəssisələrə yatırılan investisiyalar 168,966 mln. manata təşkil edib.

2013-cü il ərzində ARDNF-nin öhdəlikləri 65,7% artaraq 7,882 mln. manata çatıb.

Məlumatda qeyd edilib ki, ötən il fondun kapitalı 28 mlrd. 299,574 mln. manata çataraq, 5,2% artıb. Bununla yanaşı, kapital qoyuluşu 3,2% artaraq 27 mlrd. 794,666 mln. təşkil edib.

Sənədə əsasən, fondun əməliyyat gəliri 556,336 mln. manat, faiz və sair investisiya gəliri isə 491,118 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR