Əli Kərimlinin qaynına hökm oxunub

Əli Kərimlinin qaynına hökm oxunub
# 29 oktyabr 2013 10:14 (UTC +04:00)

E. Seyidovun vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan digər şəxslər 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verib. N. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə məhkəmə şərti cəza təyin edib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Xəstəliyin E. Əliyevin proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

Həbsdə olan sabiq müdiri Azər Cəfərlinin işi də xəstəliyi ilə əlaqədar ayrıca icraata verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR