Ötən ay Azərbaycanda deflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda deflyasiya qeydə alınıb
# 06 iyun 2014 10:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,9% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində buğda unu, qarabaşaq yarması, mal və toyuq əti, balıq və balıq məhsulları, pasterizə olunmamış üzlü süd, qatıq, şor, yumurta, banan, alça, çiyələk, kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, soğan, sarımsaq, kartof, qurudulmuş üzüm, qurudulmuş xurma, şəkər tozunun qiymətlərində ucuzlaşma, düyü, makaron və vermişel, kərə yağı, zeytun yağı, limon, alma, armud, şabalıd, çuğundur, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR