ABŞ, Böyük Britaniya və Fransa Suriyanın kimyəvi silahına dair BMT TŞ-nin qətnamə layihəsini təqdim edib

ABŞ, Böyük Britaniya və Fransa Suriyanın kimyəvi silahına dair BMT TŞ-nin qətnamə layihəsini təqdim edib
# 18 sentyabr 2013 00:58 (UTC +04:00)

Bakı-APA. ABŞ, Böyük Britaniya və Fransa Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsini dəstəkləyən BMT TŞ-nin qətnamə layihəsini təqdim edib. APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”a BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

Məlumata görə, sənəd BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin (ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa) görüşündə təqdim olunub. Mənbənin məlumatına görə, görüş cəmi 30 dəqiqə davam edib. “Qərb dövlətləri sənədin mətnini təqdim edib. Sonrakı günlərdə onun nəzərdən keçiriləcəyi gözlənilir”, deyə diplomat bildirib. Qətnamə layihəsinin mahiyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, sentyabrın 17-də BMT baş katibi Pan Qi Mun TŞ qətnaməsinin məcburi xarakter daşımasının vacibliyini qeyd edib. O vurğulayıb ki, qətnamə Suriyanın kimyəvi silahının Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmaya əsasən məhv olunmasına zəmanət verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR