Ötən il Bakıda avtobuslar 34, yük avtomobilləri isə 24 nəfərin ölümünə səbəb olub

Ötən il Bakıda avtobuslar 34, yük avtomobilləri isə 24 nəfərin ölümünə səbəb olub
# 14 yanvar 2014 10:02 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, ötən il paytaxt ərazisində avtobusların iştirakı ilə nəticələnən 68 yol qəzası baş verib. Nəticədə 34 nəfər ölüb, 78 nəfər xəsarət alıb. Baş verən 18 yol-nəqliyyat hadisəsi fiziki şəxslərə, 50 yol-nəqliyyat hadisəsi isə hüquqi şəxslərə məxsus avtobuslarla bağlı qeydə alınıb.

Keçən il baş verən qəzaların sayı 2012-ci il illə müqayisədə 2 hadisə, 41 xəsarət, 4 ölüm faktı azalıb.

Yük avtomobilləri paytaxt ərazisində 77 yol qəzası törədib. Nəticədə 24 nəfər ölüb, 71 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR