Bakının mərkəzində naməlum bıçaqlanma hadisəsi baş verib

Bakının mərkəzində naməlum bıçaqlanma hadisəsi baş verib
# 21 yanvar 2014 07:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakının mərkəzində 18 yaşlı oğlan bıçaqlanıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün gecə saatlarında rayonun Xəqani küçəsi-3 ünvanın qarşısında qeydə alınıb.

Bıçaqlanan şəxsin Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Səbuhi Mirhəşim oğlu Sultanov olduğu məlum olub. Hadisə naməlum şəraitdə baş verib. S. Sultanov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR